26.10.2019 il tarixdə “Hədəf Nəşrləri”nin 10 illik yubiley tədbiri keçirilib.
Hədəf STEM Liseyində keçirilən tədbirdə ölkənin tanınmış ziyalıları, yazıçı və şairlər, millət vəkilləri, iş adamları iştirak edib.
Tədbiri giriş sözü ilə açan nəşriyyatın təsisçisi f. ü.f.d Şəmil Sadiq “Hədəf Nəşrləri”nin 10 il ərzində keçdiyi yola nəzər salmış, nəşriyyatın həyata keçirdiyi layihələrdən danışmışdır.
Tədbirdə çıxış edən qonaqlar Nəşriyyatın uğurlu fəaliyyətinə diqqət çəkmiş, kollektivə və nəşriyyatın rəhbərliyinə təşəkkürlərini bildirmişlər.
Tədbirdə nəşriyyatın fəaliyyətinə dəstək verən media və ictimaiyyət nümayəndələri, yazıçı və tərcüməçilər təşəkkürnamə ilə təltif edilmiş, dəvət edilən bütün qonaqlara “Ustad” dərgisinin xüsusi buraxılışı və bədii kitablar hədiyyə edilmişdir.
Tədbirdə nəşriyyatın fəaliyyətinə fəal dəstək verən 50 nəfər qonağa nəşriyyatın nəşr etdiyi “Xatirə ədəbiyyatı” dəsti hədiyyə edilmişdir.





















