Hədəf Liseyində şagirdlərin incəsənətin müxtəlif növləri üzrə qabiliyyətləri aşkara çıxarılır, həyata estetik yöndən baxmaq bacarığı formalaşdırılır və sənətlə bağlı müzakirələr aparan, mədəni tədbirlərdə iştirak etməyə həvəsli şagirdlər yetişdirilir.
Hədəf Liseyi olaraq şagirdlərin sənətə bağlı olmalarının vacibliyini bildiyimiz üçün onları daima muzey və sərgilərə aparır, görkəmli sənətkarlarla görüşlərini təşkil edirik. Sənət atelyelərimizdə şagirdlərimizin maraq istiqamətlərinə görə rəssamlıq, fotoqrafiya, karikatur, miniatür, ebru, musiqi, teatr, toxuculuq, dulusçuluq, rəqs və sənətin digər növlərinə üstünlük veririk. Texnoloji imkanlarımızdan istifadə etməklə şagirdlərimiz sənətlə dijital vasitələrlə də məşğul olurlar.
Sənət dərsində:
1. Hər şagirdin yaradıcı yönü aşkarlanıb, inkişaf etdirilir.
2. Metodologiyamızda fərdi yanaşmalara üstünlük verilir.
3. Vizual məşğələlərdə yaddaş və rəng duyumları inkişaf etdirilir.
4. Hər məkan sənətin icra yeri olaraq görülür.
5. Təməl sənət bilgiləri şagirdlərin yaş qrupu və qabiliyyətlərinə görə tətbiq edilir.
6. Şagirdlərimizin sənət işlərinin ölkədə və xaricdə keçirilən sərgilərdə sərgilənməsi ilə onlara güvən qazandırılır.
Sənət dərsləri Hədəf Qrupa daxil olan Hədəf Yaradıcılıq Mərkəzinin dəstəyi ilə keçirilir.

