Liseyimizdə Təhsil Nazirliyinin tələb etdiyi bədən tərbiyəsi və idman dərsləri ilə yanaşı, atçılıq, oxculuq, aikido, voleybol, badminton kimi idman növləri və hərəkətli milli uşaq oyunları dərnəkləri də təşkil olunur.
Şagirdlərimiz beyin üçün ən yaxşı məşğələlərdən biri olan şahmatla, liseyimizin şahmat klubunda məşğul olur, tanınmış şahmat məktəblərindən dəvət olunmuş müəllimlər onlara bu zəka oyununun incəliklərini öyrədir, həvəskar şahmatçılar istədikləri təqdirdə dərəcə yarışlarında iştirak edirlər.

