Hər yeni dövrün özü ilə gətirdiyi fərqli problemlər vardır və bu problemləri həll etmək üçün fərqli həll üsulları tətbiq olunur. Buna görə də, “dijital vətəndaşlar” adlandırdığımız dövrün uşaqlarını hazırlamaq üçün rəhbərlik rolunu icra edən müəllimlər yeni tədris üsullarını mənimsəyib inkişaf etdirməlidirlər.
Hesablama düşüncəsi metodu, problemlərin həlli, tənqidi düşüncə və insan-kompüter problemlərinin həllinə yönəlmiş bütün vasitələr kimi qəbul edilə bilər. Hesablama düşüncəsinə yiyələnmiş bir şəxs;
-
Problemləri kompüter və ya başqa İT vasitəsindən istifadə edərək həll etməyi bacara bilər;
-
Məlumatları məntiqi olaraq sistemləşdirə və təhlil edilə bilər;
-
Məlumatları modellər və ya simülasiyalar yolu ilə göstərə bilər;
-
Cavabları alqoritmik yanaşma ilə avtomatlaşdıra bilər;
-
Mümkün həlləri, mümkün mərhələləri və qaynaqları ən effektiv və operativ şəkildə birləşdirərək müəyyən edə, analiz edə və tətbiq edə bilər,
-
Problemin həlli prosesini digər problemli vəziyyətlərə köçürə və ümumiləşdirə bilər.
-
Hesablama düşüncəsi, bu konteksdən görüldüyü kimi, yalnız bilik, informasiya və kommunikasiya texnologiyaları sahələrini deyil, elm, riyaziyyat və sosial elmlər kimi digər sahələrdə də şagirdlərin operativ və effektiv düşünmə vərdişlərinə yiyələnmələrinə kömək edir.
Fərq yarada bilmək üçün fərqli düşünə bilmək lazımdır.
İnformasiya Texnologiyaları dərsində şagirdlərimiz dijital vasitələrdən effektiv istifadə etməyin yollarını öyrənir, eyni zamanda problemlərin həlli və analitik düşüncəni inkişaf etdirmək üçün araşdırmalar aparırlar.
“Kodlaşdırma saatı” başlığı altında “fərqli düşünməyi” öyrətməyi hədəflədiyimiz təhsil pilləmiz Hədəf Liseyində 5-15 yaş intervalını əhatə edir. Sonrakı yaş qruplarında paketlər üzrə İT tədrisimiz üzrə ixtisaslaşma aparılır.
“Kodlaşdırma saatı” ilə şagirdlərimiz həm gələcəyə hazırlanır, həm də fərqli dizaynlar ortaya qoyaraq müasir dünyaya yeniliklər qatmaq üçün hazırlanırlar. Gələcəyin mühəndislərini, dizaynerlərini və alimlərini yetişdirməyi hədəfləyən Hədəf Liseyi ilə uşaqlarımıza fərqli və yaradıcı düşünməyi öyrətməyə davam edəcəyik.
“Kodlaşdırma saatı” dərsinin hədəfi nədir?
Azərbaycanda ilk dəfə Hədəf Liseyində və 5 yaşdan etibarən tədris olunan kodlaşdırma dərsi, uşaqlarımızın dijital və alqoritmik düşünmə bacarıqlarını inkişaf etdirməyi, onların informasiya və rabitə texnologiyalarının fəal istifadəçisi olmalarını, dijital vasitələri proqramlaya bilmələrini, yeni ideyalar yaratmalarını və ideyalarını reallaşdıra bilmələrini hədəfləyir. “Kodlaşdırma saatı”, Hədəf Liseyi müəllimlərinin rəhbərliyi ilə məktəbəqədər təhsil tərbiyəçiləri və kompüter müəllimləri tərəfindən işlənib hazırlanmışdır. İnformasiya texnologiyaları müəllimləri, məktəbəqədər müəllimlər və xarici dil müəllimlərinin rəhbərliyi ilə tətbiq edilən “Kodlaşdırma saatı”na aşağıdakı mövzular daxildir:
-
Kompüter elminin əsas anlayışları
-
İnformasiya və kommunikasiya texnologiyalarının istifadəsi
-
Dijital vətəndaşlıq
-
Tablet tətbiqləri
-
Alqoritmik düşünmə
-
Proqramlaşdırma
-
Animasiyaların hazırlanması
-
Dijital oyunların dizaynı
“Kodlaşdırma saatı” ilə uşaqlarımızda ideyalar yaratma və ideyalarını texnologiyadan istifadə edərək həyata keçirə bilmə bacarıqlarının formalaşmasını hədəfləyirik.
“Kodlaşdırma saatı”nın əsas məqsədi uşaqlarımıza təkcə kompüter elmləri və informasiya və kommunikasiya texnologiyaları ilə əlaqədar məlumat vermək və bacarıqlar qazandırmaq deyil, eyni zamanda XXI əsr bacarıqları arasında sayılan, hər müasir şəxs üçün faydalı olan “dijital düşüncə metodunu” (Computational Thinking Method) təhsilin ayrılmaz hissəsinə çevirməkdir.
Oyun dizayn atelyesi
Oyun Dizayn Atelyesinde 7-15 yaş arası şagirdlərimiz ilkin dizayn bacarıqlarına yiyələnmək üçün oyunlar dizayn edirlər. Oyun dizaynı məşğələlərində iştirak edən şagirdlər oyunların dizayn mərhələləri, elementləri və funksiyalarını əvvəlcədən hazırlayır, xəyallarını kağız üzərində əks etdirir, tablet proqramlarından istifadə edərək inkişaf etdirir, sonda konkret oyunların prototiplərini yarada bilirlər. Şagirdlərimiz oyunları əvvəlcə zehinlərində təsəvvür edir, sonra kağıza köçürür və nəhayət aldıqları dərslərin köməyi ilə dijital platformada oyunu təkmilləşdirib tamamlayırlar.
Oyun Dizayn Atelyesi məşğələləri üç əsas mərhələdən ibarətdir:
- İlk mərhələdə ümumi fikirlər: hekayə, oyun və film anlayışları müzakirə edilir.
- İkinci mərhələdə şagirdlər əvvəldən bildikləri bir oyun üzərində çalışırlar. Həmin oyunun xüsusiyyətlərini müzakirə edir, oyunun qaydalarını araşdırırlar. Bəzi qaydalar dəyişdirildikdən sonra oyunu yenidən oynayırlar. Oyunun əvvəlki forması ilə yeni forması müqayisə edilir və beləcə şagirdlərin oyununun xüsusiyyətlərini yaxşıca qavramaları təmin edilir.
- Son mərhələdə isə “Öz oyunumu yazıram” layihəsi həyata keçirilir. Bu mərhələdə şagirdlər oyun yarada biləcəkləri bir dijital tətbiqi istifadə etməyi öyrənirlər və əvvəlki mərhələlərdə əldə etdikləri bilik və bacarıqları istifadə edərək tamamilə öz təxəyyüllərinin əsəri olan yeni bir oyun hazırlayırlar.
Biz uşaqları yalnız oyun oynayan deyil, eyni zamanda oyun yaradan, ümumiyyətlə təkcə istehlakçı deyil, həm də istehsalçı olan fərdlər kimi yetişdirməyi planlayırıq.

















