fbpx

Almaniyanın lexSolar şirkətinin nümayəndələri Hədəf STEM Liseyində

04.09.2018 tarixində Almaniyanın lexSolar şirkətinin nümayəndələri liseyimizi ziyarət edib STEM mərkəzi, İnteraktiv Elm Muzeyi və fənn laboratoriyalarımızla tanış oldular. Görüşdə liseyimizi elmi məsləhətçi Yalçın İslamzadə, İnteraktiv Elm Muzeyinin qurucusu Elçin Abbasov, fizika fənn rəhbəri Anar Allahverdiyev və STEM mərkəzinin direktoru Eşqin Quluzadə təmsil etdilər. Hazırda enerji sektorunda qlobal trend olan bərpa olunan enerji qaynaqlarından istifadənin Almaniyadakı vəziyyəti haqqında məlumat verən qonaqlar mövzunun effektiv tədrisi üçün şirkətlərinin məhsulu olan bərpa olunan enerji tədris dəstini təqdim etdilər. Təmiz enerjidən istifadənin vacibliyi mövzusunda müzakirələr aparıldı və muzeydəki təmiz enerji eksperimentləri qonaqlara nümayiş etdirildi. LexSolar şirkətinin tədris setlərinin təmiz enerji mövzusunun öyrədilməsində çox faydalı olacağı mövzusunda fikir birliyi əldə olundu.

     

 

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem