Bu gün Hədəf STEM Liseyində növbəti pedaqoji şura keçirildi. Liseyin qurucusu və direktoru Şəmil Sadiq yeni tədris ili üçün qarşıda duran məsələlər haqqında ətraflı məlumat verdi. Daha sonra müavinlər Püstəxanım Səfərova və Cahid Hüseynov yeni təlimatları səsləndirdilər. Sonda həmtəsisçimiz Vüqar Tarquliyev çıxış edərək yeni tədris ilində hər kəsə uğurlar arzuladı.
Söhbətlər yemək və çay süfrəsi ətrafında xoş təəssüratlarla davam etdi.










