Ötən gün Xırdalan şəhər 7 saylı tam orta məktəbin 8-ci sinif şagirdləri Azərbaycanda ilk STEM liseyi olan Hədəf liseyinin qonağı oldular. Liseyi gəzən şagirdlər Hədəf liseyinin İnteraktiv Elm Muzeyindəki çoxsaylı eksponatlarla tanış oldular. Liseyin elmi məsləhətçisi Yalçın İslamzadənin təqdimatında müxtəlif maraqlı məlumatlar alan şagirdlər sonda akt zalında maraqlı film izlədilər.Qərara alındı ki, məktəblərarası bu cür əlaqələr mütamadi olaraq davam etdirilsin, müəllimlər arasında qarşılıqlı təcrübə mübadiləsi aparılsın.











