fbpx

Şagird məktəb direktoru oldu…

Uşaqlarımızın milli dəyərlərə sahib fərdlər kimi formalaşmalarını qarşısına məqsəd qoymuş Hədəf liseyi, uşaqların böyük işlər görməyə qadir olduqlarını onlara kiçik yaşlarından təlqin etməyi hədəfləyir. Biz uşaqlarımıza güvən verməli, onlarda özlərinə inam hissini daha da artırmalıyıq. Bu məqsədlə Liseyin şəxsyiyyətyönümlü tədrisində “Hədəf Liseyinin Bilgəsi” adlı layihə də mövcuddur.
Bu layihəyə əsasən şagirdlər arasında aparılan seçimlər nəticəsində hər sinifdən bir nəfər şagird həmin sinfin bilgəsi təyin edilir. Sinif bilgələri mütəmadi olaraq görüşlər keçirir, lisey barəsində müzakirələr edir, müşahidələrini bir-biri ilə bölüşürlər. Onlar arasından bir nəfər isə bilgələrin seçimi ilə “Hədəfin bilgəsi” adını alır. Bu adı qazanmış bilgə müəyyən imtiyazlara sahib olur, bir günlük liseyin direktorunu əvəz edir, lisey heyəti ilə şagirdlərlərin görüşünü təşkil edir. Bilgə üçün ayrılmış pul vəsaitinin necə xərclənməsi barədə qərarı verir.

Yanvar ayının ilk günlərində aparılmış seçimlər əsasında Liseyin 7-ci sinif şagirdi Sadiqova Selcan Şəmil qızı “Liseyin bilgəsi” adını qazanaraq, yanvar ayının 10-da bir günlük liseyin direktor vəzifəsini icra etdi. İdarə heyəti, qrup rəhbərləri, mətbəx çalışanları və şagirdlərlə görüşən Selcan Sadiqova sonda müşahidələrini, təklif və iradlarını bildirdi. Bir şagirdin gözündən liseyi görmək, daha detallı, daha yaxından müşahidə etmək baxımından olduqca yararlı olan bu layihədə əsas məqsədlərdən biri də ayrılan pul məbləğinin şagirdlərin düzgün və faydalı xərclənməsini kiçik yaşlardan təlqin etməkdir.
Liseyin Bilgəsi Selcan Sadiqova 100 azn məbləğində ayrılmış pul vəsaitini xeyriyyə məqsədi üçün istifadə edəcəyini bildirib.
Liseyin bilgəsi Selcan Sadıqova eyni zamanda bu gün liseyin rəhbər heyətinin və liseyin bilgələrinin qarşısında təqdimatla çıxış edərək, bütün bilgələr və liseyin şagirdləri adından təklif və iradlarını da bildirdi. Liseyin direktoru dosent.dr. Şəmil Sadıqov şagirdlərin istək və arzularını müvafiq qaydada həll edəcəyini bidirərək, açıqfikirli və ədalətli yanaşmalara görə liseyin bilgələrinə təşəkkür etdi.

 

 

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem