fbpx

“Hədəfdə STEM-3” interaktiv təlim treninqi

Müəllimlər və tələbələr üçün Hədəf STEM Liseyinin və Eduhekin birgə təşkilatçılığı ilə 16 noyabr 2019-cu il tarixində “Hədəfdə STEM-3” adlı interaktiv təlim-treninqi keçirilmişdir.
Təlim-treninqlərin əsas məqsədi müasir dünyanın ən qabaqcıl təhsil modellərindən olan STEM əsaslı təhsilin ölkəmizdə tətbiqi təcrübəsini paylaşmaqdır. İştirakçılar STEM, Makeblock robotiks, Arduino, MatataLab və Fischertechnik metod və məhsullarının tətbiqi ilə toxunaraq, edərək, ev tapşırığına ehtiyac olmadan dərslərdə öyrənmənin effektivliyini müşahidə etmiş, STEM dərslərinin qurulması, STEM əsaslı təhsildə fənlərin inteqrasiyaından düzgün istifadə və bu təhsil metodu ilə bağlı suallara cavab tapmışlar.
Təlim-treninq Hədəf Liseyinin təsisçisi və direktoru Şəmil Sadiqin “Hədəfsayağı STEM” mövzusundakı məruzəsi ilə açıq elan olunmuşdur. Daha sonra Hədəf Liseyinin nəzdində olan STEM İnnovasiyalar Mərkəzinin rəhbəri Fatimə Mürşüdova “STEM dərsləri üçün vəsaitlər, internet resurslar və müasir tədris avadanlıqları” mövzusunda məruzə etmişdir. Təlim-treninqin açılış hissəsi İnteraktiv elm muzeyinə səyahətlə başa çatmışdır.
Təlim-treninqin ikinci hissəsində iştirakçılar 5 blok üzrə fərqli təlim modelləri üzərində qurulmuş interaktiv və inteqrativ dərslərdə iştirak etmişdir.
Bloklar aşağıdakı kimi qruplaşdırılmışdır:
1. STEM Junior (İbtidai təhsil pilləsi üzrə: Azərbaycan dili, Riyaziyyat, İnformatika, Həyat bilgisi)
2. STEM İCT (Orta təhsil pilləsi üzrə: Riyaziyyat, İnformatika, Robototexnika)
3. STEM Nature (Kimya, Fizika, Biologiya, Coğrafiya)
4. Humanitar fənlər (Orta təhsil pilləsi üzrə: Azərbaycan dili, Ədəbiyyat, Tarix)
5. Xarici dil (İngilis dili)

“Hədəfdə STEM-3” təlim-treninqində STEM JUNİOR və STEM Nature blokları üzrə hər biri 45 dəqiqə olmaqla 4 dərs nümunəsi, STEM İCT, Humanitar fənlər və Xarici dil bloklarında isə hər biri 60 dəqiqə olmaqla 3 dərs nümunəsi, ümumilikdə isə 17 dərs nümunəsi təqdim olunmuşdur.
Bloklar üzrə təlimçilər və mövzuları aşağıdakı kimi olmuşdur:
STEM Junior
1. Hədəf Liseyinin İbtidai siniflər üzrə bölmə rəhbəri Zöhrə Cəfərova və Texnologiya müəllimi Ülviyyə Həsənova “Nağıllar aləmində “Balaca Əhməd” nağılı”
2. Hədəf Liseyinin Texnologiya müəllimi Svetlana İsmayılova və Riyaziyyat müəllimi Xatirə Şükürova “İbtidai təhsildə STEM – 4×4”
3. Hədəf Liseyinin İbtidai sinif müəllimi Ayşən Məmmədova və Həyat bilgisi müəllimi Günel Abbasova “Bucaqların ölçülməsi”
4. Hədəf Liseyinin İbtidai sinif müəllimi Gülnar Abdullayeva və Hədəf Liseyinin İnformatika müəllimi Surə Məstanova “ “Ağıllı balabilgə” interaktiv oyunu”

STEM İCT
1. Hədəf Liseyinin olimpiadalar üzrə koordinatoru İnformatika müəllimi Məmməd Kərimli və İT üzrə mütəxəssisi İbrahim Qasımzadə “Proqramlaşdırma. Məsələlərin kompüterdə həlli”
2. Hədəf Liseyinin STEM şöbəsinin rəhbəri Eşqin Quluzadə və Sinif rəhbərləri üzrə koordinatoru və Kimya müəllimi Nuranə Fətəliyeva “PCB hazırlanma prosesi”
3. Hədəf Liseyinin Texniki fənlər üzrə bölmə rəhbəri və Riyaziyyat müəllimi Narxanım Cəfərova və Riyaziyyat müəllimi Aydan Qulamlı “Sürət. Məsafə. Zaman “

STEM Nature
1. Hədəf Liseyinin Sinif rəhbərləri üzrə koordinatoru və Kimya müəllimi Nuranə Fətəliyeva və Hədəf Kurslarının Qarayev filialının müdiri və Coğrafiya müəllimi Famil İsayev “Süxurların əmələ gəlməsi. Oksidləşmə-reduksiya prosesləri”
2. Hədəf Liseyinin Biologiuya müəllimi Nərmin Qurbanlı və Fizika müəllimi Elanə Tağıyeva “Göz optik sistem kimi”
3. Hədəf Liseyinin Kimya müəllimi Nurlan Əmrahov və Fizika müəllimi Ülviyyə Seyidova “Saf maddələr.Qarışıqlar”
4. Hədəf Liseyinin Coğrafiya müəllimi Məmmədov Məmməd və Fiziki tərbiyə müəllimi Gündüz Bayramov : “Coğrafi koordinatlara texniki-taktiki fəaliyyət ilə yiyələnmə”

Humanitar fənlər
1. Hədəf Liseyinin Humanitar fənlər üzrə bölmə rəhbəri və Azərbaycan dili və Ədəbiyyat müəllimi Zaur Məhərrəmov, Musiqi müəllimi Vəfa Əliyeva və Fizika müəllimi Ülviyyə Seyidova “ “Cahargah” əfsanəsi əsasında Ədəbiyyat, Fizika və Musiqi fənlərinin inteqrasiyası”
2. Hədəf Liseyinin Azərbaycan dili və Ədəbiyyat müəllimi Nizami Hüseynov və Azərbaycan dili və Ədəbiyyat müəllimi Qəndab Şirinova “Ədəbiyyat, Azərbaycan dili və İncəsənətin inteqrasiyası əsasında “Ədəbi növlər””
3. Hədəf Liseyinin Tarix müəllimi Hafiz Cabbarov və Kimya müəllimi Ləman Tarverdiyeva “ Maddi mənbələrin öyrənilməsi”

Xarici dil
1. Hədəf Liseyinin İcraçı direktoru və İngilis dili müəllimi Cahid Hüseynov və İngilis dili müəllimi Lalə İsmayılova “Dream City”
2. STEM şöbəsinin əməkdaşı Məhəmməd Mahmudov və İngilis dili müəllimi Günay Mahmudova “ Travel to the future”
3. Hədəf Liseyinin Tərbiyə işləri üzrə direktor müavini və İngilis dili müəllimi Aytən Hüseynova və İngilis dili müəllimi Ümid Həsənov “Order through GPS”
Hər dərsdə iştirakçıların aktiv işlədikləri STEM projeləri onlarda böyük marağa səbəb olmuşdur.
Təlimin sonunda iştirakçılar sertifikatla təltif olunmuşlar.

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem