Bugün – 18 dekabr tarixində Hədəf STEM Liseyi Azərbaycan Britaniya Kollecində keçirilən “Üçüncü Bilik Sərgisi”ndə iştirak edir. Ölkənin ilk STEM əsaslıı təhsilini verən Lisey olaraq, balabilgələrimiz bu sərgidə fəal iştirak edirlər. Sərgidə həmçinin STEM təhsil mərkəzi, Stem Skaut, AREA –Azərbaycan Robotexnika Mühəndisliyi akademiyası, Azercell Telekom, SOCAR Ekologiya Departamenti, Azərbaycan Elm Assossasiyası və müxtəlif beynəlxaq məktəblər təmsil olunurlar.
Qeyd edək ki, alternativ enerji qaynaqlarına həsr olunan bu bilik sərgisində Ekologiya kateqoriyasında seçilən qaliblər ölkəmizi dünyanın müxtəlif ölkələrində təşkil olunacaq beynəlxalq olimpiadalarda təmsil edəcəklər.






