fbpx

18 aprel tarixində Hədəf Liseyinə 2021 – 2022-ci tədris ili üçün Nəsimi və Abşeron filialları üzrə qəbul-güzəşt imtahanı keçiriləcəkdir.

18 aprel tarixində Hədəf Liseyinə 2021 – 2022-ci tədris ili üçün Nəsimi və Abşeron filialları üzrə qəbul-güzəşt imtahanı keçiriləcəkdir. Güzəşt imtahanı keçirməkdə hədəfimiz şagirdlərin bilgi və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə onlara güzəştli təhsil imkanı yaratmaqdır. İmtahan nəticəsinə əsasən 100-lərlə şagirdə 6500-1250 manata qədər güzəşt ediləcəyi planlaşdırılır.
Qəbul-güzəşt imtahanı Azərbaycan bölməsi üçün II-X siniflər üzrə (3-11-ci siniflərə qəbul), rus bölməsi üçün II-VIII siniflər üzrə (3-9-ci siniflərə qəbul) keçiriləcəkdir. Qəbul-güzəşt imtahanı Azərbaycan və rus bölmələri üzrə 3 fəndən ibarət olmaqla: tədris dili, ingilis dili və riyaziyyat fənlərindən keçiriləcəkdir.
Müsabiqə iki filial üzrə birgə aparılacaqdır. Hazırda Liseydə təhsil alan şagirdlərin güzəşt imtahanında iştirakı könüllüdür. Bilik güzəştləri hər bir filialın əsas ödənişi üzərindən aparılır.
Güzəşt kuponunun qiyməti 10 AZN təşkil edir. İmtahana giriş kuponunu 5 mart tarixindən əldə etmək üçün sizə yaxın olan Hədəf kurslarının bütün filiallarına, Hədəf STEAM Liseyinin Nəsimi və Abşeron filialına yaxınlaşa bilərsiniz.

? www.hedefliseyi.edu.az
☎️ *️⃣2️⃣0️⃣1️⃣8️⃣
? +994 50/070 272-20-18
?Nəsimi ray., Tbilisi pr. 72
?Abşeron ray.,Masazır qəs., “Bağçalı evlər” yaşayış kompleksi

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem