İKİDİLLİ Təhsil
Hədəf İkidilli Təhsil (HİT) milli və beynəlxalq kurikuluma əsaslanır. İkidilli təhsil şagirdlərin riyaziyyat, həyat bilgisi və digər bir neçə fənni ingilis dilində öyrənməsi və ya eyni fənni iki dildə öyrənməsi deməkdir. Hədəf İkidilli Təhsil anlayışı Məzmun və Dil İnteqrasiyalı Öyrənmə (CLIL) və ikili dil tədrisininə əsaslanan Hədəf Konsepti ilə əlaqələndirilir.
İbtidai Azərbaycan və Rus bölmələrinin milli kurikulumuna daxildir:
- Language Arts (dinləmə, danışıq, yazı, oxu və sinifdənxaric oxu)
- Math (Riyaziyyat ingilis dilində)
- Science (Həyat bilgisi ingilis dilində)
- PBL (Tədqiqat fənni ingilis dilində)
- ICT (İnformatika ingilis dilində)
- STEAM (Texnologiya ingilis dilində)
Orta sinif Azərbaycan və Rus bölmələrinin kurikulumuna daxildir:
- Language Arts (dinləmə, danışıq, yazı, oxu)
- Math (Riyaziyyat ingilis dilində)
- Science (Həyat bilgisi və Biologiya ingilis dilində)
- PBL (Tədqiqat fənni ingilis dilində)
- ICT (İnformatika ingilis dilində)
- STEAM (Texnologiya ingilis dilində)
- Grammar (buraxılış qəbul proqramı)
Beynəlxalq kurikulum Cambridge Yüksək Səviyyə (A Level) kvalifikasiyası üçün təməl yaradır.
Cambridge Yüksək Səviyyə (A Level) nədir?
A Level ali məktəblərə hazırlıqdır. Şagirdlər ixtisas fənlərinə liseydə hazırlaşaraq Hədəf Cambridge İmtahan Mərkəzində imtahan verir və ali məktəblərə daxil olurlar. Cambridge A Level kvalifikasiyası dünyanın yüksək reytinqli universitetləri daxil olmaqla 195 ölkədə 2000-dən çox ali məktəbdə qəbul olunur. Azərbaycanda tədris dili ingilis dili olan ali məktəblər, İngiltərədə bütün universitetlər və 600-dən çox ABŞ universiteti, Harvard, MIT, Stanford və Yale daxil olmaqla, Cambridge Yüksək Səviyyə (A Level) qvalifikasiyasını qəbul edir. ABŞ və Kanada kimi ölkələrdə diqqətlə seçilmiş A Level fənlərindən yaxşı qiymətlər bir ilə qədər universitet kursu krediti ilə nəticələnə bilər.
Cambridge qvalifikasıyalarını qəbul edən ali məktəblərin siyahısını ölkələr üzrə http://www.cambridgeinternational.org/recognition ünvanındakı onlayn məlumat bazasından əldə etmək olar.