Xırdalan şəhərində yerləşən Heydər Əliyev adına parkda keçiriləcək “Oxu Günü-8” sərgi-yarmarkasında iştirakçı şərtləri
23-24 aprel 2022-ci il tarixlərində keçiriləcək sərgidə nəşriyyat və kitab mağazalarının iştirakı ödənişsizdir. Təşkilatçı “Hədəf Nəşrləri” və Abşeron rayon İcra Hakimiyyəti, sponsor “Hədəf Group”dur. Yer bölgüsü (4-10 kv metr) təşkilatçı tərəfindən təyin ediləcək. İstənilən iştirakçı təyin olunmuş yerdə öz masa və stendini gətirib qura bilər.

