Qazaxıstanın aparıcı ümumtəhsil müəssisələrindən biri olan “Nazarbayev İntellektual Məktəbləri”nin nümayəndə heyəti Hədəf Liseyində qonaq olub.
20 dekabr 2022-ci il tarixində baş tutan görüşdə “Nazarbayev İntellektual Məktəbləri”nin inkişafı departamentinin direktoru Əbilov R.J., informasiya texnologiyaları departamentinin rəhbəri Turaşev M.D., “Nazarbayev İntellektual Məktəbləri”nin fizika-riyaziyyat təmayüllü Almatı filialının direktoru Payzov E.S., onun müavini Jumabekov A.S., məktəblərin texnoparkının müdiri İnkarov B.A. liseyimizin fəaliyyəti, infrastrukturu və şagirdlər üçün yaradılmış şəraitlə yaxından tanış olublar. Görüşdə lisey nümayəndələrindən Hədəf Şirkətlər Qrupunun baş direktor müavini Elvin Əliyev, Hədəf Liseylərində təsisçinin nümayəndəsi Zülfiyyə Sadıqova, Hədəf Liseyinin Nəsimi filialının müdiri Aytən Hüseynova, liseyin ingilis dili kafedrasının müdiri Eren Kancılar, Hədəf Şirkətlər Qrupunda Cambridge proqramları üzrə koordinator Ali Tatlı da iştirak etmişdir. Daha sonra lisey nümayəndələri “Nazarbayev İntellektual Məktəbləri”nin nümayəndə heyəti ilə dəyirmi masa ətrafında toplaşaraq STEAM tədris yanaşması, xarici dil tədris metodikası (CLİL), beynəlxalq təhsil, əməkdaşlıq və gələcək planlar mövzusunda söhbətlər aparıblar.
Qeyd edək ki, Hədəf Konseptində həm milli, həm bəşəri dəyərlərin tətbiqi qonaqların ciddi marağına səbəb olub.

