fbpx

Hədəf Liseyində “Analar liseydə 2” layihəsi keçirildi

Hədəf STEM Liseyində valideyn-lisey əlaqələrinin genişləndirilməsi, valideyn-müəllim, valideyn-valideyn münasibətlərinin səmərəli təşkili, faydalı ünsiyyət mühitinin yaradılması məqsədi ilə ötən il “Valideydən valideynə” “Analar liseydə” adı altında keçirilən layihəyə əsasən liseyin valideynləri öz aralarında fəal ünsiyyət quraraq həm liseyin təlim-tərbiyə işlərində fəal iştirak etmiş, həm də özləri arasında sosial fəaliyyətin, işbirliyinin yaranmasına nail olmuşdurlar. Ənənəni davam etdirmək məqsədi ilə bu il də liseydə “Analar liseydə 2” layihəsi keçirildi. Balabilgələrimizin ana valideynləri psixoloq Zarina Əliyevanın “Müəllim-şagird-valideyn” adlı məruzəsini dinləmiş, yazıçı, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Reyhan Yusufqızının “Övladlarımıza kitab oxuyaq” adlı təlimində iştirak etmişlər. Daha sonra isə onlar üçün təşkil edilmiş klublarda – English conversation club, Yaradıcılıq, Rəqs, Vokal, Volleybol və Tennis məşgələlərində səmərəli vaxt keçirmişlər.

Posted by Hədəf liseyi on Saturday, November 30, 2019

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem