Bu gün Hədəf STEAM Liseyində “Kimya və Yaşam” elmi-praktiki konfransı keçirilib.
Təşkil olunan konfransda məqsəd uşaqlarda kimya fənninə marağın inkişaf etdirilməsinə, sinifdə əldə edilən biliklərin dərinləşməsinə və təkmilləşdirilməsinə, müstəqil məlumat axtarışına, qida təhlükəsizliyi və ekologiya problemlərinə münasibətlərinin formalaşdırılmasına, orta məktəbdə təhsil profilinə və gələcək peşə seçiminə kömək etməklə yanaşı kimyanın məişətimizdə, həyatımızda nə qədər vacib olduğunu aşılamaqdır.
Tədbirdə şagirlərin müstəqil tədqiqat işlərinin təqdim edilməsi təkcə kimyəvi prosesləri göstərmək məqsədi daşımaqla məhdudlaşmayıb eyni zamanda laboratoriya təcrübələrindən, müxtəlif multimedia texnologiyalarından istifadə edərək kimyəvi hadisələrin həyatımızla və sağlamlığımızla nə dərəcədə ayrılmaz şəkildə əlaqəli olduğunu göstərməkdir.
Sonda Hədəf Liseyi müəllim və balabilgələri Kimya və Ədəbiyyat fənlərinin inteqrasiyasını edərək Azərbaycan yazıçısı və dramaturqu Mirzə Fətəli Axundovun “Hekayəti Müsyö Jordan Həkimi-Nəbatat və Dərviş Məstəli Şah Cadükuni Məşhur” tamaşasını səhnələşdirdilər.