Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsildə İnkişaf və İnnovasiyalar üzrə 2-ci qrant müsabiqənin qalib layihələrindən olan “STEM Azərbaycanda 2018” Müəllim Konfransı layihəsi 2 sentyabr tarixində baş tutdu. Məqalə təqdim etmiş müəllimlərimiz konfransda iştirak etdilər.
Sonda iştirakçılara sertifikat təqdim olundu. Hədəf STEM liseyi olaraq müəllimlərə ideyalarını həyata keçirməkdə dəstək olan Təhsil Nazirliyi və layihə rəhbəri Aliyə xanıma təşəkkürümüzü bildiririk!



