Hədəf STEM liseyinin Coğrafiya müəllimi Anar Mustafazadə və Kimya müəllimi Vüsal Əliyevin “Oksidləşmə reaksiyaları və qlobal istiləşmə” mövzusunda inteqrativ dərs modeli liseyimizdə keçirilən “Hədəfimiz STEM, Hədəfdə STEM” təlim-treninqində dinləyicilərə təqdim olundu. Kimyəvi eksperiment üzərində fikir mübadiləsi aparıldı, istixana effektinin təsirlərinin azaldılması yolları “Qərarlar ağacı” metodu ilə müzakirə olundu və müvafiq qərarlar qəbul edildi.

