Bu gün “Öz xəyallarını danış” müsabiqəsinin qalibi olmuş Seyyid Muhəmməd öz valideynləri – Samir Aslanov və Gəncinə Aslanova ilə Hədəf Stem Liseyinin qonağı oldu. Qonaqları qəbul edən Liseyin qurucu direktoru Şəmil Sadiq qalib olmuş uşağın gələcək xəyalları ilə maraqlandı, ona Lisey adından xüsusi hədiyyələr təqdim etdi. O cümlədən, müsabiqənin əsas hədiyyəsi – Qubanın İkinci Nügədi kəndinə 3 günlük səyahət paketi Muhəmmədin valideynlərinə təqdim edildi.



