fbpx

Sağlam Təhsil – Sağlam Millətin təməlidir! – Hədəf Konsepti

 Sağlam Təhsil – Sağlam Millətin təməlidir!

? Hədəf STEM liseyi Hədəf Konsepti əsasında fəaliyyət göstərir ki, bu konsept 5 ana fikirdən ibarətdir: Özünüdərk, Sağlamlıq, Bacarıq, Yaradıcılıq, Bilik… Azərbaycan gəncliyinin bir Bilgə insan kimi yetişməsi üçün onun sağlamlığı çox vacibdir. Bunun üçün də Hədəf konseptinin ana xətti Sağlam Təhsil texnologiyalarını əsas götürmüşdür. İbtidai təhsildən Sağlam Təhsil sinifləri ilə fəaliyyətə başlayan balabilgələr orta təhsildə də bu konseptlə davam edir.
5ci sinifdən fərdi şagird masalarında özləri istədikləri zaman oturur, istədikləri zaman dururlar. Boylarına uyğunlaşdırılan masalar 16 dərəcə görmə bucağı üçün də idarə edilir. İşıqlandırma, divarların rəng seçimi, gigiyena tələblərinə cavab verən dərs rejimi, əylənərək öyrənmək prinsipi üçün müxtəlif otaqlarda dərslərini keçirlər. Gündə bir dəfə bardaş qurub oturmaları xidmət edən Dədə Qorqud otağı ilə yanaşı, Məntiq və zəka oyunları otağı, London Avtobusu, STEM mərkəzi, İnteraktiv Elm Muzeyi kimi otaqlarda şagirdlər çağdaş təhsilin toxunaraq öyrənmək prinsipinə əsaslanan milli təhsil konsepti ilə böyüyür və öyrənirlər.
Hədəf liseyi ilk özəl liseydir ki, Sağlam Təhsil konseptini 1-11-ci siniflərdə tətbiq edir. Özünü dərk edən insan ilk olaraq sağlam və bacarıqlı olmalıdır ki, öyrəndiyi biliyi bəşəriyyət və millətimiz üçün faydalı olsunlar. Hədəf STEM liseyi Bilgə insan yetişdirməyi qarşısına məqsəd qoymuş və bu yolda gənc və dinamik kollektivi ilə fəaliyyət göstərir.

Sağlam Təhsil – Sağlam Millətin təməlidir!

? hedefliseyi.edu.az
? *2018
? Tbilisi pr. 72

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem