




13-cü Azərbaycan Beynəlxalq EduExpo təhsil sərgisinin açılış mərasimi keçirildi
Ölkənin təhsil sahəsində fəaliyyət göstərən yerli və xarici universitetlər, təhsil mərkəzləri, dil kursları və təhsil sahəsindəki konsaltinq şirkətlərinin daxil olduğu ən böyük beynəlxalq sərgi olan 13-cü Azərbaycan Beynəlxalq EduExpo təhsil sərgisinin açılış mərasimi keçirildi.
Sərgidə Hədəf Stem Liseyi və EduHek şirkəti də iştirak edir.
Xarici iştirakçılar arasında Avstriya, Çexiya, Fransa, Almaniya, Macarıstan, Qazaxıstan, Latviya, Litva, Hollandiya, OAE, Polşa, Belarusiya, Rumıniya, Rusiya, Sinqapur, İsveç, Türkiyə, Özbəkistan, Ukrayna və s. ölkələrin nümayəndələri vardır.
Qeyd edək ki, sərgi 12 oktyabr 16:00-dək davam edəcəkdir.

