Hədəf STEAM Liseyi “Hədəfdə bir gün” layihəsini təqdim edir!
Layihə Azərbaycan və rus bölmələri üzrə 1-10-cu, Hədəf Cambridge School üzrə (ingilis bölməsi) 1-3-cü siniflərin Hədəf Liseyinə bir günlük təhsil turunu əhatə edir.
“Hədəfdə bir gün” Hədəf Liseyinə şagirdlərin bir günlük təhsil turunu əhatə edən sosial layihədir. Layihə ərzində liseyimizdə qonaq olacaq şagirdlər müvafiq dərslərdə iştirak edərək, dərs prosesi ilə yaxından tanış olacaq, əylənərək, toxunaraq öyrənəcəklər.
Bu bir gün müddətində şagirdlər Hədəf Liseyi şagirdlərinin dərs prosesi, əyləncə saatı, həyat tərzi ilə tanış olacaq, liseyin muzey və laboratoriyalarından istifadə edəcəklər. Həmçinin yemək və çay süfrəsinə də qonaq olacaqlar.
Layihə çərçivəsində hər sinif üzrə 15 şagird seçiləcək, onların təhsil aldığı sinfə uyğun olaraq Hədəf Liseyinin eyni sinfində təhsil alan bir nəfər şagird – Bilgənin dostu da iştirak edəcək. Bir günlük müddətdə onlar özlərini eynən məktəbdəki kimi hiss edəcək, öz sinif rəhbərləri, fənn müəllimləri olacaq. 12 mart tarixində baş tutacaq bu layihə 09:00-15:00 saat aralığında davam edəcək. Bu layihə Hədəf Liseyinin hər iki filialı üzrə həyata keçirilir, belə ki, ümumilikdə hər iki filialın gün ərzində 500 məktəblini qarşılaması nəzərdə tutulur.
Hədəf-də bir tədris günü necə olur? Əylənərək öyrənmək nədir? İnteraktiv Elm Muzeyində nələr var?
Şagirdlər, STEAM nədir? STEAM əsaslı təhsil necə olur? Hədəfdə inteqrativ dərslər necə təşkil edilir? Bu kimi suallara siz bu layihəyə qoşularaq cavab tapa biləcəksiniz.
Qeyd:
* Layihədə iştirak ödənişsizdir
* Layihədə Hədəf Liseyində təhsil almayan bütün şagirdlər iştirak edə bilərlər.

