Hörmətli müəllimlər və tələbələr!
Sizləri Hədəf STEAM Liseyi, Eduhek və Robotzadənin birgə təşkilatçılığı ilə 2-3 aprel 2022-ci il tarixində keçiriləcək “Hədəfdə STEAM-4” adlı interaktiv təlim-treninqlərə dəvət edirik.
Təlim-treninqlərin əsas məqsədi müasir dünyanın ən qabaqcıl təhsil modellərindən olan STEAM əsaslı təhsilin ölkəmizdə tətbiqi təcrübəsini paylaşmaqdır. İştirakçılar STEAM, Makeblock robotiks, Arduino, MatataLab və Fischertechnik metod və məhsullarının tətbiqi ilə toxunaraq, edərək, ev tapşırığına ehtiyac olmadan dərslərdə öyrənmənin effektivliyini müşahidə edəcək. 5 blokda fərqli təlim modelləri üzərində qurulmuş interaktiv və inteqrativ dərslərdən, məruzəçilərin və təşkilatçıların panel toplantısından ibarət olacaqdır.
Bloklar aşağıdakı kimi qruplaşdırılmışdır:
1. STEM Junior (İbtidai təhsil və məktəbəqədər pilləsi üzrə: Azərbaycan dili, Riyaziyyat, İnformatika, Həyat bilgisi)
2. STEM İCT (Orta təhsil pilləsi üzrə: Riyaziyyat, İnformatika, Robototexnika)
3. STEM Nature (Kimya, Fizika, Biologiya, Coğrafiya, Həyat bilgisi)
4. Humanitar fənlər (Orta təhsil pilləsi üzrə: Azərbaycan dili, Ədəbiyyat, Tarix)
5. Xarici dil (İngilis dili)
Hər blok üzrə keçiriləcək 4 dərs nümunəsinin təlim iştirakçılarının aktiv iştirakı ilə təşkili nəzərdə tutulmuşdur.
Qeyd: Yerlər məhduddur. Hər blok üzrə 20 yer var.
Son qeydiyyat tarixi 26 Mart saat 23:00-a kimidir.
Ödəniş: 149 azn
Ödənişə daxildir:
1. Sertifikat
2. STEAM Dərs nümunələri vəsaiti
3. Bir dəfə günorta yeməyi, iki dəfə qəlyanaltı
4. Hər blok üzrə 4 məruzə, 4 interaktiv dərs nümunəsi
5. Dərs prosesində lazım olacaq laboratoriya resursları, ofis ləvazimatları
Təlimlərdə uğurla iştirak edən iştirakçılar beynəlxalq sertifikatla təltif olunacaqdır.

