fbpx

BAKIDA MÜƏLLİMLƏR ÜÇÜN BEYNƏLXALQ SERTİFİKATLI STEM TƏLİMLƏRI TƏŞKİL OLUNACAQDIR

9-10 iyun 2018-ci il tarixlərində Hədəf STEM Liseyində Türkiyə Respublikası Bahçeşehir Universiteti STEM Mərkəzi və Hədəf STEM Liseyi təşkilatçılığı ilə Riyaziyyat, Kimya, Biologiya, Coğrafiya, Fizika müəllimləri üçün Beynəlxalq Sertifikatlı STEM təlimləri təşkil olunacaqdır. Bu təlimləri təşkil etməkdə məqsəd ölkəmizdə fəaliyyət göstərən orta məktəb müəllimlərinə STEM haqqında ətraflı məlumat vermək, nəzəriyyə ilə yanaşı onları praktik məşğələlərə də cəlb etməkdir.

Təlimlər zamanı “Mühəndislik tətbiqləri və STEM”, “Rəqəmsal alətlərlə dəstəklənən dərslər”, “Arduino platformasında cihaz prototiplərinin hazırlanması” və s. bu kimi mövzularda interaktiv seminarlar təşkil ediləcəkdir. Təlimçilər əsasən Türkiyə Respublikasının müxtəlif universitetlərində çalışan STEM mütəxəssisləridir.

Təlimlərə qoşulmaq üçün əvvəlcədən qeydiyyatdan keçmək lazımıdır. Son qeydiyyat tarixi: 7 iyun 2018-ci il

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem