fbpx

“Summer story-2” təhsil kampı

Hədəf STEM Liseyi və “Hedef Global”ın birgə təşkilatçılığı ilə keçirilən “Summer story – 2” təhsil kampı 2018-ci il, 1-7 iyul tarixlərində Quba rayonunun Nügədi 2 kəndində yerləşən İqtisad Universitetinin nəzdindəki düşərgədə baş tutdu.

Ümumilikdə 150 nəfərlik komanda ilə düşərgəyə yerləşən “Summer story – 2”nin proqramında müxtəlif yaş qruplarından olan məktəblilər üçün müxtəlif dərslər (açıq dərs, açıq hava altında STEM dərsləri, rəngarəng mövzulu təlimlər) ilə yanaşı, uşaqların asudə vaxtını səmərəli keçirmək üçün intellektual, fiziki və əyləncəli oyunlar, gəzintilər, basseyndə üzgüçülük, futbol və volleybol çempionatı, gecə partiləri təşkil olundu. Düşərgənin 5-ci günündə iştirakçılar Nügədi 2 kəndi yaxınlığında yerləşən Çənlibel gölünə ekskursiyaya çıxdılar.

Sonda – bağlanış mərasimində iştirakçılar müxtəlif sertifikat və diplomlarla təltif edildilər.

“Summer story – 2” təhsil kampından çəkilmiş görüntüləri youtube kanalımızdan izləyə bilərsiniz:




Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem