3 may tarixində Hədəf Liseyində qəbul-güzəşt imtahanı keçiriləcəkdir. Güzəşt imtahanı keçirməkdə hədəfimiz şagirdlərin bilgi və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə onlara güzəştli təhsil imkanı yaratmaqdır. İmtahan nəticəsinə əsasən 100-lərlə şagirdə 1500-6500 manata qədər güzəşt ediləcəyi planlaşdırılır.
Qəbul-güzəşt imtahanı Azərbaycan bölməsi üçün II-X siniflər üzrə (3-11-ci siniflərə qəbul), Rus bölməsi üçün II-VII siniflər üzrə ( 3-8-ci siniflərə qəbul) keçiriləcəkdir.
1-ci siniflərə qəbul Azərbaycan, Rus və İngilis bölmələri üzrə, 2-ci siniflərə isə Azərbaycan və Rus bölmələri üzrə müsahibə yolu ilə həyata keçiriləcək. Müsahibə hər şagird üçün 25-30 dəq müddətində davam edir. Müsahibə şagirdin məntiqi mühakimə qabiliyyətini, əl motorikasını, dünyagörüşünü, psixoloji durumunu, özünü ifadə qabiliyyətini, yaş səviyyəsinə uyğun bilik bazasını ölçən sualları əhatə edir.
Qəbul-güzəşt imtahanı 3 fəndən ibarət olmaqla Azərbayan və Rus bölmələri üzrə keçirilir.
Güzəşt imtahanında siniflər və fənlər üzrə sual sayı aşağıdakı tərkibdədir:
2-4-cü siniflər üzrə ümumilikdə 30 sual
*İmtahan müddəti 60 dəq
|
Fənlər |
Tədris dili | İngilis dili | Riyaziyyat |
| Tapşırıq tipi | Qapalı test | ||
| Sual sayı | 10 sual | 10 sual | 10 sual |
| Çətinlik dərəcəsi | 4 asan,
3 orta, 3 çətin |
4 asan,
3 orta, 3 çətin |
4 asan,
3 orta, 3 çətin |
5-10-cu siniflər üzrə ümumilikdə 50 sual
*İmtahan müddəti 90 dəq
| Fənlər | Tədris dili | İngilis dili | Riyaziyyat |
| Tapşırıq tipi | Qapalı test | ||
| Sual sayı | 15 sual | 15 sual | 20 sual |
| Çətinlik dərəcəsi | 5 asan,
5 orta, 5 çətin |
5 asan,
5 orta 5 çətin |
8 asan,
7 orta, 5 çətin |
Güzəşt imtahanının nəticəsinə əsasən HƏR SİNİF üzrə:
91%-100% nəticə göstərən şagirdlər – 75% güzəşt;
81%-90% nəticə göstərən şagirdlər – 60% güzəşt;
71%-80% nəticə göstərən şagirdlər – 50% güzəşt;
61%-70% nəticə göstərən şagirdlər – 30% güzəşt;
51%-60% nəticə göstərən şagirdlər – 20% güzəşt əldə edəcəklər.
QEYD: Müsabiqə iki filial üzrə birgə aparılacaqdır.
İmtahana giriş kuponu əldə etmək üçün hər iki fililalımıza yaxınlaşa bilərsiniz. Kuponun qiyməti 3 AZN təşkil edir.
27 aprel güzəşt imtahanı üçün son qeydiyyat tarixidir.
Ünvan:
Nəsimi ray., Tbilisi pr. 72
Abşeron ray., Masazır qəs., Bağçalı evlər yaşayış kompleksi
Tel: 050(070)2722018, *2018
Hedefliseyi.edu.az

