Azərbaycan Televiziyası və Hədəf Liseyinin ortaq layihəsi olan “Uğur düsturu” verilişinin məqsədi məktəbliləri elmin və mühəndisliyin müxtəlif sahələri haqqında məlumatlandırmaq, STEM təcrübələri ilə şagirlərdə bu sahələrə maraq oyatmaqdır. Hər həftənin Cümə axşamları saat 15.30-da efirə çıxacaq verilişin ilk sayının mövzusu “Atmosfer təzyiqi və Həyat ağacı” kompozisiyası vasitəsiylə kodlaşdırma idi. Şagirdlər sadə tozsoran düzəltməklə atmosfer təzyiqinin real həyatda tətbiqinə nümunə göstərdilər. Növbəti sayda verilişdə “Tesla bobini və kiçik vulkan” modeli hazırlanacaq, karbon dioksid qazının alınması və havadan ağır olması, həmçinin onun tətbiqindən danışacağıq.

