fbpx

Hədəf STEM Liseyinin layihəsi : “Valideyndən valideynə” 2-ci hissə “Atalar liseydə”

“Atalar liseydə” – “Valideyndən valideynə” layihəmizin ikinci hissəsi atalara həsr olundu. Bu şənbə atalarla liseyimizdə bir gün keçirdik. Liseyin direktoru Şəmil Sadiq “Ailəmə məktub” layihəsi barəsində iştirakçılara məlumat verib. O, bu layihənin vacibliyini vurğulayıb: “Şagirdlərin valideynlərlə ünsiyyətini qurmaq, onların ürəklərindəki sözləri çatdırmaqları üçün “Ailəmə məktub” layihəsi təşkil etdik. Bu məktubları sizə anonim olaraq təqdim edəcəyik. Ancaq bu ümumi mənzərəni görməkdə, uşaqlarınızı anlamaqda sizə kömək edəcək”. Daha sonra valideynlərə uşaqların məktublarından bəziləri səsləndirilib.

Tədbir Hədəf STEM Liseyində təhsil alan şagirdlərin Valideynlərinin seminarları ilə açıq elan edilib.

Vüqar Zifəroğlu – “İnternet təhlükəsizliyi və sosial media” ,  Yalçın İslamzadə – “Kitab” ,  Nahid Babayev – Advertising  seminarlarda iştirak edən atalar valideyn və məktəb birliyi barədə müzakirələr etdi, tennis, voleybol, oxçuluq, şahmat dərnəklərində iştirak etməklə maraqlı bir gün keçirdilər.

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem