Hədəf STEAM Liseyi çoxsaylı valideyn tələbinə əsasən 2020-ci ildən Abşeron rayon Masazır qəsəbəsində yerləşən Qurtuluş 93 yaşayış massivində yeni filialını istifadəyə verir.
Bağça lisey kompleksində tədris Azərbaycan, Rus və İngilis dilində aparılacaq.
26 aprelə qədər qeydiyyatdan keçən hər kəs 10 faizlik güzəştdən yararlana biləcək.
Bağça-lisey kompleksinin tərkibində Texnologiya, İT, Mühəndislik peşələrini mənimsəmək üçün laboratoriyalar, Elm muzeyi, Stem mərkəzi fəaliyyət göstərəcək.
Hədəf Konsepti ilə öz təhsil sistemini quran Hədəf Liseyi Azərbaycanda STEAM əsaslı təhsil verən ilk lisey olaraq, ölkəmizin və dünyamızın inkişafı üçün yaradıcı düşünən və elmi, mühəndisliyi, texnologiya və riyaziyyatı qarşılıqlı vəhdət halında mənimsəmiş bilgi çağı olan XXI əsrin yeni nəsil Bilgə İnsanını yetişdirməyi hədəfləyir!

