? 25-26 may 2019-cu il tarixlərində “Hədəfimiz STEM, hədəfdə STEM – 2” Müəllimlər üçün interaktiv təlim-treyninq keçirildi
? Dünyada getdikcə geniş tətbiq olunan, Azərbaycanda da tətbiqinə başlanılmış təhsildə STEM metoduna həsr olunmuş “Hədəfdə STEM” təlimlərinin ikincisi ilk STEM liseyi olan Hədəf liseyində 25-26 may tarixlərində baş tutdu. STEM təhsili elmi, mühəndisliyi, texnologiyanı və riyaziyyatı inteqrasiya olunmuş halda, real həyat situasiyalarında toxunaraq, edərək öyrətməyi hədəfləyir. “Hədəfdə STEM”-3 təliminin zamanı yaxınlarda elan olunacaq.Həm bu metodun məhsuldarlığını göstərmək, həm də digər həmkarlara və lisey və məktəblərə ideya vermək üçün təlimin proqramı aşağıdakı kimidir:
Çıxışlar:
1. Hədəf Liseyinin direktoru Şəmil Sadiq-“Nə üçün STEM təhsili?”
2. AİRA-nın həmtəsisçisi Nərgiz Seyidzadə-“21-ci əsrin əmək bazarının tələbləri”
3. Yalçın İslamzadə-“STEM təhsilinin “S”-i. Elm düşünmə tərzi kimi. STEM dərsləri üçün web resurslar. Radioaktivlik nümunəsində fizika və biologiyanın inteqrasiyası.
4. Sumqayıt ş. 1N-li məktəbin fizika müəllimi Aliyə Əhmədova-“Beynəlxalq və yerli STEM təhsili təcrübələri”
Lisey müəllimlərindən interaktiv nümunə dərslər:
Z.Məhərrəmov-Nəsirəddin Tusi mövzulu dərsin internet resursları vasitəsiylə qurulması
S.Şamilov-Elektrik cihazlarının iş prinsipləri. Enerji sərfiyyatlarının hesablanması. Günəş enerjisindən istifadə.
E.Quluzadə-Ultrasəs sensoru vasitəsiylə çəndəki su səviyyəsini ölçən cihazın hazırlanması. Avtomatikaya giriş.
S. İsmayılova, M. Abışova-Əhəmiyyətli tarixi ixtiralar. Təkərin nəqliyyat vasitəsi olaraq məhsuldarlığının layihə üzərindən nümayişi.
Ü. Seyidova, E.Quluzadə-Eratosfen təcrübəsi. Yerin çevrəsinin ölçülməsi.Beynəlxalq əməkdaşlıq imkanı. Elementar həndəsənin fizikada tətbiqi.
N. Cəfərova. Ölçü vahidləri. Beynəlxalq sistem. Kütlə.
G. Xasıyeva Dalğa optikası: Diffraksiya və interferensiya hadislərinin nümayişi və izahı
Ş. Ənnağılı: Riyaziyyat dərslərinin qurulması üçün Geogebra porqramı
S.İmayılova, G. Bayramov-İdman oyunları, yol hərəkəri qaydaları və MATATAlab dəstiylə qurulan tapşırıqlardakı ortaq alqoritmik məntiq.
A. Mustafazadə-Karbonatlı birləşmələr və kars prosesləri.
M. Kərimli-Robotiks üçün alqoritm proqramları
? hedefliseyi.edu.az
? *2018
? Tbilisi pr. 72
















