


Hədəf STEM Liseyində 2019-2020-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq yeni dərs ilinə hazırlıq məqsədi ilə Pedaqoji iclas keçirilmişdir. Liseyin qurucu durektoru Şəmil Sadiq qarşıdan gələn “Bilik Günü” münasibəti ilə müəllimləri təbrik etmiş, son illərdə təhsil sahəsində qazanılan nailiyyət və qarşıda duran vəzifələrdən danışmış, Təhsil Nazirliyinin yeni qərar və əmrlərinin müəllimlərin nəzərinə çatdırmışdır. Hədəf Konseptini Liseyin müəllimlərinə təqdim edən Şəmil Sadiq, onlara yeni dərs ili üçün öz tövsiyyələrini verərək uğurlar arzulamışdır.

