





Hədəf STEM Liseyi müəllimlərinin peşəkar inkişafı, dünyagörüşünün və savadlılığının artırılması məqsədi ilə tədris ilinin müxtəlif vaxtlarında bir neçə təlim, seminar və treyninglər keçirir. Bunlardan biri də natiqlik bacarıqlarına yiyələnmək, auditoriya qarşısında sərbəst çıxış etmək, araşdırma qabiliyyətlərini inkişaf etdirmək məqsədilə keşirilən “Debat” təlimidir. Müəllim heyətimizin şəxsi inkişafına stimul vermək, həyata fərqli baxış və debat (KPD) biliklərinin inkişaf etdirilməsi məqsədi ilə təşkil olunan təlimdə müəllimlər həmçinin özlərini komanda işində sınamaq, qarşısındakını inandırmaq, komplekslərdən azad olmaq, rasional qərar qəbul etmə metodlarını da öyrənirlər. Seminar, turnir və finaldan ibarət olan bir həftəlik təlim mərasimi başa çatmışdır.

