Hədəf STEM Liseyinin müəllimləri Aytən Hüseynova və Aliyə Süleymanova İngiltərənin Liverpul şəhərində keçirilən TKT və CLİL təlimlərində iştirak etmişlər. “The Liverpool School of English” İngiltərənin nüfuzlu dil məktəblərindən sayılır. Orda müəllimlərimiz CLİL (Fənn və Dil inteqrasiyalı öyrənmə) metodunun 30 saatlıq təlimini keçmiş və sonda University of Cambridge və British Council İmtahan mərkəzlərinin keçirdiyi imtahanda iştirak etmişlər. Həmçinin bu müəssisə ilə Lisey arasında əməkdaşlıq başladılmışdır. Əməkdaşlığın məqsədi müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması üçün The Liverpool School of English-in dəstəyi ilə TKT və CLİL təlimlərinin ölkəmizdə keçi 

rilməsidir.

