
















Bu gün Hədəf STEM liseyinin təşkilatçılığı, Daima qlobal miqyasda və ölkəmizdə mədəni, sosial və elmi layihələri dəstəkləmiş BP Azərbaycanın sponsorluğu və Azərbaycan Respublikası Təhsil Nazirliyinin iştirakı ilə I Beynəlxalq “Hədəfdə STEM” konfransının açılış mərasimi keçirildi.
Britaniyanın UKSTEM təlim mərkəzi, Türkiyənin TEKNOKENT texnologiya mərkəzi, Almaniyanın Fischertechnik şirkətinin və Hədəf STEM Liseyinin təlimçilərinin iştirakı ilə keçirilən konfrasda UKSTEM-in direktoru Mayk Kargill, təlimçi Riçard Mellor, Fischertechnik şirkətinin Beynəlxalq satış üzrə meneceri Qriqori Zaytsev, Türkiyənin TEKNOKENT texnologiya mərkəzinin direktor müavini Ahmet Özaslan, təlimçi Meriç Umut, Hədəf STEM Mərkəzinin müdiri Eşqin Quluzadə, Olimpiadalar üzrə koordinator Məmməd Kərimli məruzəçi-treyner olaraq çıxış edirlər. İki gün davam edəcək olan konfransda məqsəd Azərbaycanın təhsil müəssisələrində STEM (Science, Technology, Engineering, Math) yanaşmasını yaymaq səylərinə dəstək verməkdir. .

