fbpx

İŞƏ QƏBUL ELANI

                                      İŞƏ QƏBUL ELANI

                                        Hədəf STEM liseyi

Bakıda fəaliyyət göstərən “Hədəf liseyi” ölkəmizin STEM əsaslı təhsil verən ilk özəl liseyi olaraq  yüksək ixtisaslı müəllimləri müsabiqə yolu ilə işə qəbul edir.

2018-ci ildən rəsmi fəaliyyətə başlayan “Hədəf STEM liseyi MMC”-də  təhsil fəlsəfəsi STEM konseptinə əsaslanır.

Hədəf liseyi şagirdlərimizin təbiət fənləri, mühəndislik və riyaziyyat dərslərində öyrəndikləri nəzəri bilikləri laboratoriyalarımızda, elmi- interaktiv muzeyimizdə müxtəlif təcrübələri müşahidə edərək , onlara toxunaraq və konkret təcrübə nümunələri üzərindən sual verərək dərindən mənimsəmələrini hədəfləyir.Təhsil proqramımıza şagirdlərimizin mühəndislik emalatxanalarında fizika, kimya, elektrik-elektronika, dizayn və proqramlaşdırma təcrübələri apararaq müxtəlif təcrübə qurğuların proqramla təmin etmələri də daxildir. Təlim iki dildə – Azərbaycan və rus dillərindədir.

“Hədəf STEM liseyi əhəmiyyətli dərəcədə inkişaf edir və məktəb onun komandasına qoşulmaq üçün yüksək ixtisaslı, xüsusi təlimdən keçmiş, təcrübəli, motivasiyalı müəllim axtarır. 2019-ci ilin sentyabr ayından işə başlamaq üçün aşağıdakı vəzifələr üzrə vakansiyalar mövcuddur:

  • İbtidai sinf müəllimləri
  • Azərbaycan dili və ədəbiyyat müəllimləri
  • İngilis dili müəllimləri
  • Rus dili müəllimləri
  • Humanitar elmlər üzrə müəllimlər (tarix və coğrafiya)
  • Riyaziyyat müəllimləri
  • Təbiət elmləri üzrə müəllimlər ( fizika, kimya, biologiya )
  • Fiziki tərbiyə müəllimləri
  • İnformatika müəllimləri
  • Texnologiya müəllimləri

 

 

Peşəkar tələblər:

 

  • Ali təhsil (magistr dərəcəsi olan namizədlərə üstünlük verilir);
  • Ən azı iki il müəllimlik təcrübəsi;
  • MS Office, Excel və Power Point kimi standart kompüter proqramlarından mükəmməl istifadə bacarıqları və bilikləri;
  • İnteraktiv təlim və tədris metodlarını tətbiq etmək bacarıqları;
  • İngilis dili biliyi olan namizədlərə üstünlük veriləcək.

CV-də aşağıdakı məlumatlar əks olunmalıdır:

  • İddiaçının soyadı, adı, atasının adı;
  • Doğum tarixi;
  • Təhsil haqqında ətraflı məlumatlar;
  • İş təcrübəsi haqqında ətraflı məlumatlar;
  • İddiaçı barədə zəmanət verə biləcək 2 şəxsin adı və əlaqə nömrələri.

CV-lər namizədin iş təcrübəsinə və göstərilən tələblərə uyğunluğu əsasında seçiləcəkdir.

Uğurlu namizədlərin ilkin mərhələdə aşağıdakı sahələr üzrə bilik və bacarıqları araşdırılacaqdır:

  • Tədris etdiyi fənn üzrə test;
  • Kompüter bacarıqları üzrə test.

Birinci mərhələni müvəffəqiyyətlə keçmiş namizədlər məktəbdə dərs nümayiş etdirməklə onların müasir təlim metodları və texnologiyaları üzrə bacarıqları araşdırılacaqdır.

ƏRİZƏLƏRİN QƏBUL QAYDALARI

Maraqlanan şəxslər niyyət məktubunu və tələblərə uyğun təcrübə və keyfiyyətləri özündə əks etdirən CV-ni  hr@hedefliseyi.edu.az  elektron poçt ünvanına göndərməlidirlər. Yalnız seçilmiş namizədlərə müsahibə haqqında məlumat veriləcəkdir.Sənədlərin təqdim olunmasının son tarixi   15 iyun                 2019-cu ildir.

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem