fbpx

Leyla Əliyeva Hədəf STEM Liseyinin stendini ziyarət etdi – FOTOLAR

Oktyabırn 25-də Heydər Əliyev Mərkəzində VI Bakı Beynəlxalq Humanitar Forumu işə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva forumun rəsmi açılış mərasimində iştirak ediblər.

“Yeni dünya və yeni insan formalaşdıraq: yaradıcılıq və insan inkişafı” mövzusunda keçirilən forumda həmçinin təhsil sahəsində innovativ məhsul, xidmət və tətbiqlərin nümayiş olunduğu sərgi təşkil olunub. Sərgidə  Hədəf STEM liseyinin şagirdləri “Elmə toxunaq” şüarı ilə Elçin Abbasovun İnteraktiv Elm muzeyinin ekponatlarını təqdim edirlər. Sərginin ilk günündə şagirdlərimiz liseyimizin stendini ziyarət edən Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya ekponatları təqdim edib, bu eksponatlar vasitəsiylə toxunaraq öyrəndikləri elmin prinsip və qanunlardan bəhs etdilər və Leyla Əliyeva ilə xatirə şəkli çəkdirdilər.

97 ölkədən 580 iştirakçı və 24 beynəlxalq qurumun qatıldığı Forum Oktyabrın 26-sında öz işinə davam edəcək.

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem