fbpx

Hədəf STEM Liseyində “Balabilgə” layihəsi

Hədəf STEM Liseyində hər il oktyabrın 1-dən etibarən V-X siniflər arasında “Hədəf Liseyinin Bilgəsi” seçimləri keçiriləcək. Bilgəliyə namizədlər dərslərində uğurlu olan, nizam-intizam qaydalarına riayət edən, özünü düzgün ifadə etməyi bacaran, ünsiyyətcil, həll mərkəzli, sosial fəaliyyətlərdə iştirak edən, araşdırmağa meylli, yardımsevər, demokratik düşüncə tərzinə və liderlik qabiliyyətinə malik olan şagirdlər arasından seçiləcək.

Bu layihənin əsas məqsədi şagirdlərə bir fərd olaraq özlərini cəmiyyətə təqdim etmək bacarıqlarını yiyələndirmək, dərs prosesini daha maraqlı hala gətirmək, onlarda çəkingənlik, özünəqapanma kimi hislərdən azad olunmaqlarını təmin etmək, lider kimi formalaşdırmaqdır.

2018-2019-cu tədris ili üçün ilk Bilgə seçimlərinə start verilib. İlk olaraq müəllim, şagird və qrup rəhbərləri tərəfindən seçilən namizədlər oktyabr ayının 4-10-u arasında təbliğat-təşviqat işləri aparıb, müxtəlif layihələrlə çıxış edərək şagirdlərin səsini qazanmağa çalışıblar.

24 oktyabrda baş tutan ilk seçkidə liseyin direktoru, F.ü.fd, dosent Şəmil Sadiq sözügedən namizədlərlə görüşüb, onlarla söhbət edib. Bundan sonra şagirdlərin iştirakı ilə gizli səsvermə keçirilib. Səsvermə həmin sinfin şagirdlərindən təşkil olunmuş Seçki Komissiyası tərəfindən xüsusi diqqətlə izlənilib. Bununla yanaşı, tədbiri mətbuat nümayəndələri, valideynlər də müşayiət ediblər. Sözügedən prosesdən sonra namizədlər arasından 6T və 6L sinif şagirdləri Abbasova Sədaqət və Novruzlu Nicat Bilgə adını qazanıb.

Digər siniflərdə seçkilərin keçirilməsi prosesi davam edir.

Bildirək ki, “Sinfin bilgəsi” adını qazanan şagirdlər təşəkkürnamə, kantində istifadə etmək üçün 10 manatlıq hədiyyə kuponu və qrup rəhbərləri tərəfindən kitabla mükafatlandırılacaqlar.

Qeyd edək ki, noyabrın ilk həftəsində seçilmiş bilgələrin toplantısı keçiriləcək. Burada siniflərin bilgələrinə bacarıqlarını daha yaxşı ifadə etmək üçün mövzu veriləcək. İki dərs günü ərzində qaliblər bu mövzu haqqında təqdimat hazırlayıb, direktora təhvil verməlidir. Ən yaxşı təqdimatın sahibi lisey üzrə iki ay müddətində “Hədəf Liseyinin Bilgəsi” adını qazanır. Liseyin bilgəsi Təşəkkürnamə ilə təltif edilir, liseyin sosial təminatında istifadə edilməyi üçün 100 azn-lik kupon qazanır,Hədəf radiosu və televiziyasında 15 dəqiqəlik müsahibə verir, 1 günlük liseyin direktorunun vəzifələrini icra edir, liseyin rəsmi media orqanlarında onun haqqında təqdimat verilir.

Tədris ilinin sonunda liseyin bilgələri arasından “İlin bilgəsi” seçilir.  İlin bilgəsinin valideynlər qarşısında hesabatı dinlənilir, yeni tədris ili üçün təklif və iradları eşidilir. Ən yüksək titul olan “İlin Bilgəsi” adını qazanır, Bilgə papağını geyinir. Ona lisey rəhbərliyi tərəfindən yüksək mükafatlar təqdim edilir.

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem