fbpx

Uğur düsturu 3-cü buraxılış

 Hədəf STEM Liseyi şagirdlərinin “Uğur düsturu”

? Azərbaycan Televiziyası və Hədəf Liseyinin ortaq layihəsi olan “Uğur düsturu” verilişinin məqsədi məktəbliləri elmin və mühəndisliyin müxtəlif sahələri haqqında məlumatlandırmaq, STEM təcrübələri ilə şagirlərdə bu sahələrə maraq oyatmaqdır. Hər həftənin Cümə axşamları saat 16.30-da efirə çıxacaq verilişin 3-cü sayının mövzusu “Arximed qanunu, Lens qanunu və radar təcrübəsi” oldu.

Lens qanunu ilə şagirdlər elektrik və maqnit sahəsini gerçəkləşdirdilər. Elektrotexnikanın əsas qanunlarından biri ilə tamaşaçıları tanış etdilər.
Arximed qanunu təcrübəsi ilə sıxlığı fərqli olan cisimləri suya batıraraq onların fərqli həcmlərdə su sıxışdıqlarının şahidi oldular.
İki eyni halqanın əslində müxtəlif sıxlıqlı olduqlarını üzə çıxardılar və sıxlığı çox olan cismin suda daha çox batdığı təcrübədə müşahidə olundu.
Radar təcrübəsində isə şagirdlər sadə avtomobillər üçün park sensoru düzəldərək bildiklərini praktiki (mühəndis yönümlü)şəkildə sərgilədilər.

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem