fbpx

Hədəf Liseyində 3 dekabr Beynəlxalq Əlilliyi Olan Şəxslər Gününə həsr olunmuş seminar-tədbir keçirildi

 

3 dekabr tarixi bütün dünyada “Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü” kimi qeyd olunur.
Hər il keçirilən “Beynəlxalq Əlilliyi Olan Şəxslər Günü” əlillərin ehtiyaclarına diqqət çəkmək, onların ləyaqət, hüquq və sosial rifahlarının artırılmasına dəstəyi gücləndirməkdən ibarətdir. Həmçinin əlilliyi olan şəxslərin siyasi, sosial və mədəni həyatın bütün sahələrinə cəlb edilməsini təmin etmək, bu haqda beynəlxalq ictimaiyyəti məlumatlandırmaq əsas məqsədlərdən biridir.
Cəmiyyətin bütün sosial məsələlərinə həssaslıqla yanaşan Hədəf STEM Liseyi də bu günü unutmadı, liseydə bu günə özəl anlamlı tədbir keçirdi.
Tədbirin keçirilməsində məqsəd Liseydə təhsil alan balabilgələri əlilliyi olan şəxslər barədə məlumatlandırmaq, əlilliyi olan şəxslərlə davranış qaydaları haqqında maarifləndirməkdən ibarət olmuşdur. Balabilgələr cəmiyyətdə aktiv fəaliyyət göstərə bilməyən, əlilliyi olan uşaqlara hər cür yardım edə biləcəklərini, özlərinə hiss etdirmədən onların bütün problemlərinə hər cür dəstək verməyə hazır olduqlarını qeyd ediblər.
Tədbirdə Əmək və Əhalinin Sosial Müdafisəsi Nazirliyinin əməkdaşı, şöbə müdiri Sabir Qocayev və “Müstəqil Həyat Tərzi” Əlillərə Dəstək İctimai Birliyinin direktoru Aydın Xəlilov da iştirak ediblər.

 

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem