fbpx

Hədəf STEM liseyi Bakı Ekspo Mərkəzində

Hədəf STEM liseyi Bakı Ekspo Mərkəzində keçirilən və 4-7 dekabr tarixlərini əhatə edən4-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransında təmsil olunur.
Dünyanın 20 ölkəsini təmsil edən 200-dən artıq iştirakçılar arasında İKT şirkətləri, mobil operatorlar, rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distributorları və gənc ixtiraçılar var. “Bakutel 2018” sərgisi Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılır və burada ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, İtaliya, İran, Fransa, Türkiyə, Sloveniya, Xorvatiya kimi ölkələrin milli stendləri nümayiş etdirilir.
Sərgidə təmsil olunan Hədəf STEM Liseyinin stendine Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev maraq göstərib, onlara uğurlar arzu edib və sonda xatirə şəkli çəkilib.

 

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem