fbpx

“Hədəf STEM Liseyi” təcrübə proqramı elan edir

Hədəf STEM Liseyi istedadlı kadrlara iş imkanları yaratmağa davam edir! 01 fevral – 30 aprel müddətində davam edəcək Təcrübə Proqramına qoşulmaq, karyeranızda yeni mərhələ başlatmaq arzusundasınızsa, səhifəmizi izləməyə davam edin! Ətraflı məlumat çox yaxında!

Posted by Hədəf liseyi on Monday, December 9, 2019

Təcrübə proqramının məzmunu

Təcrübə proqramı Respublikamızda müəllimlərin peşəkarlıqlarının artırılması və STEM əsaslı təhsil kompetensiyalarının formalaşdırılması baxımından ilk layihə proqramıdır. Proqramda hazırda müəllimlik fəaliyyəti ilə məşğul olanlar, pedaqoji ali təhsil almış məzunlar eyni zamanda Bakı şəhərində fəaliyyət göstərən institut və universitetlərin magistratura və doktoranturasında təhsil alanlar iştirak edə bilərlər. Proqram iştirakçıları STEM təhsilini təlimlər əsasında dərindən mənimsəyəcək, bu istiqamətli dərslərin təşkilində iştirak edəcək, müvafiq təcrübə dərslərini quracaq və tətbiq edəcək, sonda isə qiymətləndirmədən keçərək müvafiq sertifikatlarla təltif olunacaqlar. Təcrübə proqramını uğurla bitirən, imtahandan yüksək nəticə göstərən, açıq dərsləri uğurlu alınan, müsahibə və müşahidələrdən yüksək izlənim göstərən iştirakçılar Hədəf STEM Liseyi, Hədəf Kurslarında işlə təmin olunacaqlar.

 

Təcrübə proqramı üçün tələblər:

  1. Müəllimlik fəaliyyəti ilə məşğul olanlar,
  2. Pedaqoji təhsilli 4-cü kurs bakalavr, 2-ci kurs magistr tələbələri,
  3. Punktual, yaradıcı və kollektivlə işləmə bacarığı,
  4. İKT ilə işləmə bacarığı
  5. Azərbaycan və Rus bölmələri üçün tədris dilində səlis danışıq, ingilis dili və digər xarici dillərdə bilmək üstünlükdür.

 

Hədəf Liseyində Təcrübə proqramı  3 ay müddətində- 01 fevral-30 aprel tarixlərində davam edəcəkdir.

 

Hər bir təlim 1 saat (60 dəq) davam edəcəkdir. Təlim günləri ərzində 2 təlimin keçirilməsi planlaşdırılmışdır.

Təlimlər aşağıda qeyd olunan proqramlar əsasında 30 təlim və praktik dərslər olmaqla təşkil olunacaq:

  • Pedaqoji kompetensiyalar və Hədəf Konsepti
  • STEM əsaslı təhsil konsepsiyası
  • STEM dərs modelinin strukturu və qurulma metodları
  • Psixoloji biliklər və münasibətlər
  • STEM dərslərində istifadə olunan əyani materiallar və veb resurslar
  • Sürətli oxu
  • Müasir təhsil proqramlarının (kurikulumların) tətbiqi
  • İKT və ağıllı lövhələrdən operativ istifadə imkanları
  • STEM layihələrin hazırlanması və təqdimatı
  • Google classromdan istifadə
  • İnteqrativ kurikulum. Düşüncə
  • Web 2.0 alətləri

 

  • Təcrübə proqramının iştirakçıları bütün təcrübə prosesi ərzində qiymətləndiriləcəklər. Belə ki, hər bir təlimin sonunda Hədəf STEM Liseyinin yaratdığı xüsusi nəzarət qrupunun müşahidələri əsasında iştirakçıların davamiyyəti, fəallığı, davranışı, nitqi, özünü ifadə etməsi, elmiliyi və dinamikliyi əvvəlcədən müəyyən olunmuş meyarlarla qiymətləndiriləcək. Təcrübə proqramının yekununda isə yuxarıda qeyd olunan təlim proqramları əhatəsində tərtib olunmuş suallar əsasında qiymətləndirilmə aparılacaq.
  • İştirakçılardan və Hədəf STEM Liseyinin rəhbərliyindən təşkil olunmuş xüsusi kommisiyanın nəzarəti altında imtahan nəticələri yoxlanıldıqdan sonra sertifikatlaşdırma prosesi baş tutacaq. Nəticələri yüksək olan iştirakçılara yuxarıda qeyd olunan müəssisələrdə iş yerləri təklif olunacaq.

 

  • Təcrübə proqramı ödənişlidir.
  • Proqram Hədəf STEM Liseyinin binasında təşkil olunacaqdır.
  • Qeydiyyat üçün liseyin binasına yaxınlaşa bilərsini. Ünvan: Bakı şəhəri, Tibilisi pr.72

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem