16 noyabrHədəf liseyində keçirilmiş “Hədəfdə STEM-3” təlim-treninqlərinin əsas məqsədi müasir dünyanın ən qabaqcıl təhsil modellərindən olan STEM əsaslı təhsilin ölkəmizdə tətbiqi təcrübəsini paylaşmaqdır. İştirakçılar STEM, Makeblock robotiks, Arduino, MatataLab və Fischertechnik metod və məhsullarının tətbiqi ilə toxunaraq, edərək, ev tapşırığına ehtiyac olmadan dərslərdə öyrənmənin effektivliyini müşahidə etmiş, STEM dərslərinin qurulması, STEM əsaslı təhsildə fənlərin inteqrasiyasından düzgün istifadə edilməsi və bu təhsil metodu ilə bağlı suallara cavab tapmışlar.

