fbpx

Hədəf Liseyinin “YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində 10 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq edilir.

“YAŞAT” Fondu tərəfindən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək!
Dəstək proqramı çərçivəsində əməkdaşlıq yaradılmış özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq.
“YAŞAT” Fondu ilə əməkdaşlıq çərçivəsində Hədəf Liseyində 10 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq edilir.
Müraciətlər 8110 Çağrı mərkəzi vasitəsilə bazar ertəsi – cümə günləri saat 09:00-dan 18:00-dək qəbul edilir.
Qeyd: Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 10 nəfər əlilliyi müəyyən olunmuş hərbi qulluqçuların övladı üçün təhsil mərkəzi tərəfindən 50% güzəşt tətbiq ediləcək. Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq.
Son müraciət tarixi: 16.04.2021
Qəbul imtahanı 18.04.2021-ci il tarixində keçiriləcək.
☎️ *️⃣2️⃣0️⃣1️⃣8️⃣
? +994 50/070 272-20-18
?Nəsimi ray., Tbilisi pr. 72
?Abşeron ray.,Masazır qəs., “Bağçalı evlər” yaşayış kompleksi ⠀⠀⠀⠀⠀⠀

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem