fbpx

Hədəf STEAM Liseyinə qəbul-güzəşt imtahanı keçirildi

Hər il olduğu kimi bu il də Hədəf STEAM Liseyinə qəbul-güzəşt imtahanı keçirildi. Liseyin Nəsimi və Abşeron filiallarında 18 aprel tarixində keçirilən imtahanda “YAŞAT” fondu ilə lisey arasında bağlanmış qarşılıqlı Əməkdaşlıq Protokoluna əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olmuş və yaralanmış qazi övladları daxil olmaqla 500-ə yaxın şagird iştirak etdi. İmtahan nəticələri həftə ərzində elan olunacaq.
Güzəşt imtahanı keçirməkdə hədəfimiz şagirdlərin bilgi və mühakimə bacarıqlarını ölçmək, xüsusi istedadlı şagirdləri müəyyənləşdirmək və imtahan nəticələrinə görə onlara güzəştli təhsil imkanı yaratmaqdır. İmtahan nəticəsinə əsasən 100-lərlə şagirdə 6500-1250 manata qədər güzəşt ediləcəyi planlaşdırılır.
Qəbul-güzəşt imtahanı Azərbaycan bölməsi üçün II-X siniflər üzrə (3-11-ci siniflərə qəbul), Rus bölməsi üçün II-VIII siniflər üzrə (3-9-ci siniflərə qəbul) keçirildi.
Güzəşt imtahanının nəticəsinə əsasən HƏR SİNİF üzrə:
91%-100% nəticə göstərən şagirdlər – 70% güzəşt;
81%-90% nəticə göstərən şagirdlər – 50%güzəşt;
71%-80% nəticə göstərən şagirdlər – 40%güzəşt;
61%-70% nəticə göstərən şagirdlər – 30% güzəşt;
51%-60% nəticə göstərən şagirdlər – 20% güzəşt:
31%- 50% nəticə göstərən şagirdlər – 10% güzəşt əldə edəcəklər.
☎️ *️⃣2️⃣0️⃣1️⃣8️⃣
? +994 50/070 272-20-18
?Nəsimi ray., Tbilisi pr. 72
?Abşeron ray.,Masazır qəs., “Bağçalı evlər” yaşayış kompleksi ⠀⠀⠀⠀⠀⠀

Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem