fbpx

X-XI siniflərin ümumi dünyagörüşünün formalaşdırılması, onların gələcək karyera seçimlərinin düzgün yönləndirilməsi məqsədi ilə sistematik keçirilən görüşlər çərçivəsində liseyimizin bu həftəki qonağı Rəşxan Qaraşlı olmuşdur

X-XI siniflərin ümumi dünyagörüşünün formalaşdırılması, onların gələcək karyera seçimlərinin düzgün yönləndirilməsi məqsədi ilə sistematik keçirilən görüşlər çərçivəsində liseyimizin bu həftəki qonağı Rəşxan Qaraşlı olmuşdur. Qonağımız potensial sahibkar gəncləri investorlar ilə görüşdürən “İdeya Qazandı” işgüzar televiziya yarışmasının həmtəsisçisidir. Bir neçə biznes və start-up layihələrin qurucusu olan Rəşxan bəy şagirdlərlə görüşü zamanı onların suallarını cavablandırmışdır. Uğura gedən yolda rastlaşacaqları çətinliklərlə necə mübarizə aparacaqları ilə bağlı məsləhətlər vermiş, öz uğur hekayəsini onlarla bölüşmüşdür.



Hədəf STEM

Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir.
2017-03-13T11:54:16+04:00
Hədəf STEM Liseyi, qurucu atalarımızın çağdaşlaşma məqsədlərinə töhfə vermək məqsədiylə Hədəf Şirkətlər Qrupunun təsis etdiyi təhsil müəssisəsidir. 2017-03-13T11:54:16+04:00 https://old.hedefliseyi.edu.az/testimonials/hedef-stem